Dünya bazarında Brent markalı neftin qiyməti çərşənbə axşamı sabit qalıb, WTI isə ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-a olan məlumata görə, Brent 73,17 dollar, daha aktiv ticarət olunan sentyabr fyuçersləri isə 73,87 dollar olub. WTI nefti 0,66% azalaraq 70,28 dollara düşüb.

Bazar iştirakçıları ABŞ və İran arasında gözlənilən dolayı danışıqları və Yaxın Şərqdə vəziyyətin sabitləşməsi ehtimalını izləyirlər.