Gəncə şəhərində sürücü sükan arxasında ölüb qəza törətdi.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkət etməkdə olan “KIA” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Rəşid Allahverdiyev qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq darvazaya çırpılıb. İlkin ehtimala görə, mərhum qəzadan əvvəl sükan arxasında ürəktutmasından vəfat edibmiş.

Faktla bağlı araşdırma başlanılıb.

Davud Tarverdiyev / Metbuat.az