Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 minkvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 58 minkvadratmetr dəri istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 10 % azdır.