Türkiyə kinosunun və Yeşilçamın tanınmış aktyoru Kadir İnanır 77 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, aktyor mayın 15-də İstanbulun Beşiktaş rayonundakı xəstəxanalardan birinə yerləşdirilib. K. İnanıra pnevmoniya diaqnozu qoyulub. Səhhəti ağırlaşdığından aktyor süni tənəffüs aparatına qoşulub.
Həkimlərin bütün səylərinə baxmayaraq, Yeşilçamın əfsanəvi aktyorunun həyatını xilas etmək mümkün olmayıb.