Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qanvermə aksiyası zamanı toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə cəmiyyətin dəstəyinin bariz nümunəsidir.

Bölmənin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiyada dindarlar, həmçinin şəhər sakinləri iştirak ediblər.

Baş tutan aksiya zamanı toplanan qan laborator müayinədən keçirildikdən sonra talassemiya və irsi xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək.

Davud Tarverdiyev / Metbuat.az