Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi məhkəməsi keçirilib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədiyi üçün məhkəmə təxirə salınıb.
Məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Xatırladaq ki, istintaq dövründə bloger Arzum barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.
"Arzum" ləqəbli tiktokerə qarşıCinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.