Qafqazın ilk tam inteqrasiya olunmuş e-ticarət, bankçılıq vəödəniş ekosistemi olan Bir, Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması “Paysend” ilə tərəfdaşlıq çərçivəsindəAzərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani) beynəlxalq pul köçürmələrini istifadəyə verib.

Metbuat.az xəbər verir ki, tərəfdaşlıq Bir-in elektron pulqabı tətbiqi m10 vasitəsilə həyata keçirilir və istifadəçilərə 140-dan çox ölkəyə birbaşa mobil telefonları üzərindən pul göndərmək imkanı yaradır.

Bu təşəbbüs Bir-in sərhədlərarası ani ödəniş imkanlarını genişləndirərək beynəlxalq köçürmələri daha sürətli, şəffaf və rahat edir. Xidmət xüsusiləölkədən kənarda yaşayan ailələrə pul göndərmək, xaricdəki xərclərini qarşılamaq və səyahət zamanı maliyyəəməliyyatlarını asanlaşdırmaq istəyən istifadəçilər üçün yeni imkanlar açır.

Xidmətin istifadəyə verilməsi Qafqazın əhalisinəgörəən böyük ölkəsi olan Azərbaycanın rəqəmsal xidmətlərə artan tələbi fonunda baş verir. İstehlakçılar getdikcə daha çox rəqəmsal ödənişlərəvə e-ticarət həllərinəüstünlük verirlər.

Bir-in Ödənişlər Biznesi üzrə rəhbəri Cəlal Orucov bildirib:

“Azərbaycandakı istifadəçilər üçün beynəlxalq köçürmələr mühüm xidmət sahəsidir. “Paysend” iləəməkdaşlıq çərçivəsində Bir-in sərhədlərarası ödəniş imkanlarını genişləndirərək, yerli əməliyyatların sürətini və sadəliyini beynəlxalq ödənişlərə daşıyırıq. Bu, Bir-in sürətlə böyüyən maliyyə ekosistemi kimi mövqeyini gücləndirir vəAzərbaycanın rəqəmsal transformasiyasına töhfəverir, ölkənin Avropa və Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir. Daha sürətli, təhlükəsiz və inklüziv maliyyəəlaqələri daha inteqrasiya olunmuş regional rəqəmsal iqtisadiyyatın formalaşmasına xidmət edir.

“Paysend”-in korporativ biznes rəhbəri Danny May isə qeyd edib:

“Müasir, bir-birinə bağlı iqtisadiyyatda uğurlu olmaq üçün bizneslərin etibarlı, çevik və qlobal ödəniş infrastrukturuna çıxışı vacibdir. Biz Bir ilətərəfdaşlıqdan məmnunuq və 140-dan çox ölkəüzrəbeynəlxalq ödəniş imkanlarının genişlənməsinədəstək veririk. Birlikdə fərdi müştərilər üçün daha sürətli və rahat pul köçürmələrini təmin edərək qlobal maliyyəəlaqələrini gücləndiririk.

Bir və “Paysend” tərəfdaşlığı istifadəçilərəsərhədlərarası pul köçürmələrini daha rahat vəsəmərəli şəkildə həyata keçirməyə imkan verir. Bir ekosistemi hazırda Azərbaycanda 5 milyondan çox istifadəçiyə xidmət göstərir vəölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafına töhfə verir. m10 vasitəsilə ani beynəlxalq köçürmələrin istifadəyəverilməsi Bir ekosistemində aktivliyin daha da artmasına, həmçinin Birbank vasitəsilə gündəlik bank xidmətləri və Birmarket üzərindən onlayn alış-veriş kimi tamamlayıcı xidmətlərin istifadəsinin genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətəbaşlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan vəBakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk vəən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az