ABŞ Federal Ehtiyat Sisteminə (FED) 18 il rəhbərlik etmiş nüfuzlu amerikalı iqtisadçı və keçmiş FED sədri Alan Qrinspan iyunun 22-də 100 yaşında vəfat edib.
Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, o, Parkinson xəstəliyinin yaratdığı ağırlaşmalar nəticəsində dünyasını dəyişib.
Qrinspan 1987-ci ildən 2006-cı ilin əvvəlinədək ABŞ Mərkəzi Bankının rəhbəri olub. O, bu vəzifəni ABŞ-ın dörd prezidenti dövründə ardıcıl beş müddət icra edib.
Onun rəhbərliyi illərində ABŞ iqtisadiyyatı və fond bazarında güclü yüksəliş müşahidə olunub, işsizlik isə aşağı səviyyədə qalıb. Həmin dövrdə S&P 500 indeksi təxminən dörd dəfə artıb, ABŞ iqtisadiyyatının orta illik artım tempi 3,5%, işsizlik səviyyəsi isə orta hesabla 5,5% təşkil edib.
Bununla belə, Greenspanın FED-dəki fəaliyyətinin son illərində ABŞ iqtisadiyyatında müəyyən balanssızlıqlar yaranmağa başlayıb. 2007-ci ilin ortalarında üzə çıxan bu problemlər sonradan qlobal maliyyə böhranının əsas səbəblərindən biri kimi qiymətləndirilib.
Greenspanın FED rəhbəri kimi fəaliyyəti ABŞ Mərkəzi Bankının tarixində ikinci ən uzun müddət hesab olunur. Bu göstəricidə onu yalnız "William McChesney Martin Jr". qabaqlayır. Martin 1951–1970-ci illərdə, ümumilikdə 19 il FED-ə rəhbərlik edib.