Azərbaycanla Bolqarıstanın ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında 408,9 milyon dollar dəyərində olub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 27,6% çoxdur.
Hesabat dövründə Azərbaycanın Bolqarıstana ixracının dəyəri 391,9 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 16,9 milyon dollar dəyərində olub.