KOB-lar iqtisadiyyatın əsas hissəsini təşkil edir və onların regional, eləcə də qlobal dəyər zəncirlərinə inteqrasiyası mühüm əhəmiyyət daşıyır. Azərbaycanda biznes subyektlərinin 99 faizdən çoxu mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Bu səbəbdən onların maliyyəyə çıxışının genişləndirilməsi, ticarət maneələrinin azaldılması və sifarişlərin icrası imkanlarının artırılması prioritet məsələlərdəndir".

Metbuat.az-ın tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il Özəl Sektor Forumu çərçivəsində keçirilən “KOB-ların regional dəyər və təchizat zəncirlərinə qoşulması: ticarət maneələrinin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və KOB-ların maliyyələşdirilməsi” mövzusunda panel müzakirəsində çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib:

"KOB-ların inkişafı yalnız maliyyə alətlərinin genişləndirilməsi ilə məhdudlaşmır. Bu prosesdə dövlət qurumları, maliyyə institutları, kommersiya bankları, biznesə dəstək təşkilatları və innovativ həllər təqdim edən ekosistem iştirakçıları birgə fəaliyyət göstərməlidir.

Əsas məqsəd KOB-ların milli iqtisadiyyata daha sıx inteqrasiyasını təmin etmək, onların regional bazarlara çıxışını gücləndirmək və davamlı inkişaf prosesində heç bir sahibkarlıq subyektinin kənarda qalmamasına nail olmaqdır”, - deyə Orxan Məmmədov qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az