"Özəl sektor artıq sadəcə inkişafın faydalanan tərəfi deyil. O, inkişafın, iş yerlərinin yaradılmasının, innovasiyaların tətbiqinin, məhsuldarlığın artırılmasının və dayanıqlı iqtisadiyyatların qurulmasının hərəkətverici qüvvəsidir".

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov Ərəb Koordinasiya Qrupunun (ƏKQ) Bakıda keçirilən İİB Qrupunun İllik Toplantısında özəl sektor üzrə iclası zamanı bildirib. O qeyd edib ki, Azərbaycan bu yanaşmaya qətiyyətlə sadiqdir:

"İnfrastruktur və enerjidən tutmuş qida təhlükəsizliyinə, rəqəmsal transformasiyaya və iqlim dəyişikliyinə davamlılığa qədər yaranan imkanların miqyası böyük investisiyalar tələb edir.İqtisadiyyatlarımızın inkişafına töhfə verəcək yeni investisiya tərəfdaşlıqlarının və birgə maliyyələşdirmə imkanlarının genişlənəcəyinə inanırıq".