Bu ilin yanvar-may aylarında Azərbaycandan 124 min 028,15 ton azot gübrəsi ixrac edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb
Bu ilin 5 ayında ixrac olunan azot gübrəsinin dəyəri 53 milyon 497,33 min ABŞ dolları təşkil edib.
Öən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 2,2 dəfə, həcmi isə 32,2 % azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 0,38 % təşkil edir. Bu ilin 5 ayının qeyri-neft sektoru üzrə ixracında payı isə 1,04 % təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.
Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.