₼İslam İnkişaf Bankı Qarabağda suvarma kanalının yenidən qurulması üçün xüsusi kredit xətti ayıran ilk beynəlxalq maliyyə institutu olub".

Mətbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “Azərbaycan İnvestisiya Perspektivləri Forumu”nda bildirib.

Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, bu ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Azərbaycan üçün milli ideya xarakteri daşıyır.

“Bu, tərəfdaşlığımızın gücünün daha bir göstəricisidir və biz bu dəstəyi yüksək qiymətləndiririk”, - deyə Mikayıl Cabbarov vurğulayıb.

O əlavə edib ki, azad edilmiş ərazilərdə investorlar üçün geniş vergi güzəştləri, müasir infrastruktur və dövlət dəstəyi ilə əlverişli şərait yaradılıb. Hazırda həmin ərazilərdə iki böyük sənaye parkı fəaliyyət göstərir.

Gülbəniz Hüseynli / Mətbuat.az