"İnvestisiyalar miqyaslana bilən layihələrə yönəldildikdə onların təsiri daha böyük olur".

Mətbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin Baş icraçı direktoru Nazim Hacıyev Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib:

"Yerli bazarda fəaliyyət göstərən, dövlət tərəfindən dəstəklənən qurum kimi tərəfdaşlarımızla birlikdə layihələrin uğurlu icrasına və onların səmərəli həyata keçirilməsinə mühüm töhfə verməyə hazırıq. Əsas məqsədimiz icra prosesinin effektivliyini artırmaq və uzunmüddətli tərəfdaşlıqları gücləndirməkdir".

Gülbəniz Hüseynli / Mətbuat.az