"Müasir sənaye layihələrinin əsas məqsədi yalnız infrastruktur yaratmaq deyil, eyni zamanda bilik və texnologiyanın yerli mütəxəssislərə ötürülməsini təmin etməkdir".
Mətbuat.az xəbər verir ki, bu fikirləri "Technip Energies Baku" şirkətinin Baş icraçı direktoru (CEO) Gianluca Florio çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihələrin uğuru təkcə zavod və ya istehsal obyektinin tikilməsi ilə ölçülmür. Əsas prioritet istehsal prosesinin qurulması, yerli kadrların hazırlanması və müəssisələrin uzunmüddətli, dayanıqlı fəaliyyət göstərə bilməsi üçün zəruri bilik və bacarıqların formalaşdırılmasıdır:
"Biz sadəcə obyekt inşa etmirik. Məqsədimiz layihə ilə birlikdə bilik və təcrübəni də ötürmək, yerli potensial yaratmaqdır. Bu yanaşmanı Səudiyyə Ərəbistanında həyata keçirdiyimiz iri layihələrdə də tətbiq edirik. Layihələrin icrası ilə yanaşı, bilik transferi və insan kapitalının inkişafına xüsusi önəm veririk ki, əldə olunan təcrübə layihə başa çatdıqdan sonra da ölkədə qalsın", – deyə Gianluca Florio vurğulayıb.
Gülbəniz Hüseynli / Mətbuat.az