İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib.

Metbuat.az ABŞ Geoloji Araşdırmalar Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri İndoneziyanın Palu şəhərindən 43 kilometr cənub-şərqdə baş verib.

Açıqlamaya görə, 6,7 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ ilə bağlı hələlik insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.