Astroloqların proqnozlarına görə, yaxın günlərdə bəzi bürcləri maliyyə baxımından uğurlu dövr gözləyir.
Metbuat.az xəbər verir ki, xüsusilə Buğa, Əkizlər, Oğlaq və Tərəzi bürclərinin nümayəndələri üçün yeni qazanc imkanlarının yaranacağı bildirilir.
Buğalar üçün uzun müddətdir görülən işlərin nəticə verməsi və əlavə gəlir mənbələrinin açılması ehtimalı yüksək qiymətləndirilir. Ayın sonuna doğru gözlənilməz maddi dəstək və ya sərfəli əməkdaşlıq təklifləri gündəmə gələ bilər.
Əkizlər bürcü nümayəndələrinin yeni ideyaları və ünsiyyət bacarıqları onlara əlavə qazanc gətirə bilər. Astroloqlar təsadüfi tanışlıqların və işgüzar görüşlərin gələcəkdə mühüm maliyyə imkanlarına çevriləcəyini qeyd edirlər.
Oğlaqlar üçün isə zəhmətin bəhrəsini toplamaq dövrü başlayır. Karyerada yüksəliş, maaş artımı və ya yeni iş imkanlarının ortaya çıxacağı proqnozlaşdırılır.
Tərəzi bürcü nümayəndələrinin maddi vəziyyətində müsbət dəyişikliklər gözlənilir. Yeni əməkdaşlıqlar və uğurlu qərarlar büdcənin artmasına kömək edə bilər.