Astroloqların proqnozlarına görə, yaxın dövrdə planetlərin hərəkəti bəzi bürclər üçün maliyyə və karyera sahəsində yeni imkanlar yarada bilər.
Metbuat.az xəbər verir ki, Merkuri və Veneranın yaratdığı əlverişli kosmik kombinasiya nəticəsində 3 bürcün həyatında ciddi maddi dəyişikliklərin olacağı bildirilir.
Əkizlər bürcü üçün bu dövr ideyaların gəlirə çevrildiyi mərhələ kimi qiymətləndirilir. Reklam, rəqəmsal ticarət və kommunikasiya sahələrində yeni imkanların yaranacağı, sosial əlaqələr sayəsində gəlirin artacağı proqnozlaşdırılır.
Qız bürcü nümayəndələri üçün analitik düşüncə və düzgün maliyyə qərarları ön plana çıxır. İnvestisiyalar və ticarət sahəsində əldə edilən nəticələrin sərvətin artmasına səbəb olacağı bildirilir.
Balıqlar bürcü üçün isə daha çox gözlənilməz maliyyə axınları və yeni şansların yaranacağı qeyd olunur. İncəsənət və sponsorluq layihələri vasitəsilə gəlirlərin artacağı proqnozlaşdırılır.
Astroloqlar hesab edirlər ki, bu dövr həmin bürclər üçün maddi baxımdan yüksəliş və yeni imkanlarla yadda qala bilər.