"Urban Expo" olduqca yüksək səviyyədə təşkil olunub. Burada dünyanın müxtəlif ölkələrindən nümayəndələr, innovativ layihələr və dayanıqlı şəhərsalma sahəsində fərqli baxışlar bir araya gəlir. Sərgi yalnız şəhərlərin gələcəyi ilə bağlı müasir yanaşmaları təqdim etmir, eyni zamanda iştirakçılar arasında bilik və təcrübə mübadiləsi üçün də mühüm platforma rolunu oynayır".
Bu fikirləri Metbuat.az-a Burkina Fasonun nümayəndəsi Oumaru Diss deyib. O bildirib ki, müxtəlif ölkələrin təqdim etdiyi layihələr urbanizasiya prosesinə yeni baxış gətirir və gələcəyin şəhərlərinin necə formalaşacağı barədə dəyərli ideyalar ortaya qoyur:
"Azərbaycanın belə nüfuzlu və qlobal əhəmiyyət daşıyan tədbirə ev sahibliyi etməsi xüsusi qürur hissi yaradır. Tədbirin yüksək səviyyədə təşkili ölkənin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda bu, Azərbaycanın dayanıqlı inkişaf, şəhərsalma və beynəlxalq əməkdaşlıq istiqamətində artan rolunu və fəallığını da göstərir", - deyə nümayəndə qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az