2026-cı ilin birinci rübündə ən çox satılan smartfon "iPhone 17" olub.

Metbuat.az xəbər verir ki, bu barədə "Counterpoint Research"in hesabatında bildirilib.

Hesabata əsasən, "Apple" ilk üç pilləni tam ələ keçirib. Belə ki, "iPhone 17"dən sonra "iPhone 17 Pro Max" və "iPhone 17 Pro" qərarlaşıb.


"Samsung" isə siyahıda say baxımından üstünlük əldə edib. Şirkət ilk 10-luqda beş model, əsasən "Galaxy A" seriyası ilə təmsil olunub. Ən çox satılan Android cihaz isə "Samsung" "Galaxy A07 4G" olub.

Siyahıya "Xiaomi"nin "Redmi A5" modeli də daxil olub.

Qeyd edək ki, ilk 10 model ümumi qlobal satışların 25 faizini təşkil edib. Ekspertlər bildirir ki, bazarda premium modellərə maraq artır, istehsalçılar isə daha az model ilə daha çox gəlir əldə etməyə çalışır.