Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,4 % artaraq 871 138 təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 2,6 % artaraq 59,942 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 2,2 % artımla 237,896 min təşkil edib.