ABŞ İrana qarşı hərbi əməliyyatlara son qoymaq imkanını nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ qarşıya qoyduğu məqsədlərə çatmağa çox yaxındır.

Tramp bildirib ki, əsas hədəflər İranın raket potensialının və buraxılış qurğularının tam məhv edilməsi, müdafiə-sənaye bazasının sıradan çıxarılması, dəniz və hava qüvvələrinin, eləcə də hava hücumundan müdafiə sistemlərinin zəiflədilməsidir. O, həmçinin İranın nüvə potensialına yaxınlaşmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, Yaxın Şərqdəki müttəfiqlərin – İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və Küveytin təhlükəsizliyi yüksək səviyyədə təmin olunmalıdır.

Tramp Hörmüz boğazı ilə bağlı da danışaraq qeyd edib ki, bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliklərini ABŞ-ın daimi dəstəyi olmadan təmin etməlidirlər:

“Əgər kömək istəsələr, dəstək verə bilərik. Lakin İran təhlükəsi aradan qalxdıqdan sonra buna ehtiyac qalmayacaq”. – deyə ABŞ prezidenti bildirib.