İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Əli Məhəmməd Naini öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

SEPAH-dan bildirilib ki, Müqəddəs Ramazan ayının son günündə sübh tezdən baş verən terror hücumu nəticəsində SEPAH-ın general-mayoru, ictimaiyyətlə əlaqələr üzrə müavin və sözçü Əli Məhəmməd Naini şəhid olub.