Xırdalan şəhərindən M4 – Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyindən (AYNA) bildirilib.

Belə ki, hazırda Xırdalan sakinlərinin M1-Bakı-Sumqayıt magistralı çox yüklənir və bu halda əlavə vaxt itkisi yaranır. Yeni tunellər isə vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyətini aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradacaq.

Layihənin 2027–2030-cu illər ərzində tam yekunlaşması planlaşdırılır.

Sevinc İbrahimzadə / Metbuat.az