OpenAI, ChatGPT-dən gəlir əldə etmə strategiyası ilə bağlı yeni addım atıb.
Metbuat.az xəbər verir ki, şirkət ABŞ-dəki istifadəçilər üçün reklamlar təqdim edib. Yeniliyə əsasən platformanın reklamsız strukturundan əhəmiyyətli dəyişiklik edilib. Bildirilir ki, əvvəlcə reklamlar yalnız platformadan heç bir ödəniş etmədən istifadə edən istifadəçilər və ayda 8 dollar ödəniş edən "ChatGPT Go" abunəliyinə abunə olanlar üçün təqdim ediləcək. “Plus”, “Pro”, “Business” və “Enterprise” kimi daha yüksək səviyyəli abunə paketlərinin istifadəçiləri xidmətdən reklamsız istifadə edəcəklər.