Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir.