Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,45 ABŞ dolları və ya 2,14% artaraq 69,31 ABŞ dollarına bərabər olub.