Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus "C-130" tipli hərbi yük təyyarəsinin həlak olan 20-ci hərbçinin nəşi də tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb:

"Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarında aparılan axtarışlarlar nəticəsində 20-ci şəhidimizin nəşi tapılıb".