Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə Rusiyanın "Qazprom" şirkətinin baş direktoru Aleksey Miller arasında işgüzar görüş baş tutub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərdə qeyd edilir ki, tərəflər mümkün qarşılıqlı əlaqə istiqamətlərini müzakirə ediblər.