Sosial mediada Aynur Camalqızına məxsus “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətinin dayandırılması ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az-ın məlumatına görə, A.Camalqızı bunu təkzib edib.

O, öz sosial media hesabında yazıb ki, “Teleqraf” İnformasiya Agentliyinin genişlənməsi istiqamətində işlər davam edir:

““Teleqraf” İnformasiya Agentliyinin genişlənməsi, böyüməsi yolunda işlərimiz davam edir. İnşallah, nəticələri özünüz müşahidə edəcəksiniz”, - deyə təsisçi qeyd edib.

Xatırladaq ki, “Teleqraf” İnformasiya Agentliyi bu ilin 7 fevral tarixindən fəaliyyətə başlayıb.

Sevinc İbrahimzadə / Metbuat.az