Ordu generalı Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı vəzifəsinə təyin olunub.

Metbuat.az xəbər verir ki,bu barədə qərar Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunub. Qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Xatırladaq ki, Bəxtiyar Ersay bir müddət Azərbaycan Müdafiə nazirinin müşaviri vəzifəsində çalışıb. Bir neçə gün öncə ona ordu generalı rütbəsi verilib.