İyunda Azərbaycana gələn turistlərin sayı azalıb

Metbuat.az xəbər verir ki, Turizm Agentliyindən verilən məlumata görə, 2025-ci ilin iyun ayında Azərbaycana 237 509 nəfər xarici turist səfər edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalma deməkdir. 2024-cü ilin iyun ayında isə ölkəyə 265 549 turist gəlmişdi.