DİM-in məlumat bazalarına giriş edilməsi mümkün deyil, çünki bu qorunub saxlanılır.

Metbuat.az xəbər verir ki, bunu DİM-in mətbuat katibi Xanlar Xanlarzadə deyib.

O bildirib ki, balların artırılması üçün pul qarşılığında bunu etməyə çalışanlar dələduzlardır. Buna görə də kiminsə balını artırmaq üçün belə yollara əl atması halları dələduzluqdur. İctimaiyyət sosial şəbəkələrdə bunlara aldanmasınlar.