Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, respublika rəhbəri Minskin Mərkəzi Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.

TASS-ın məlumatına görə, Lukaşenko səs verməyə iti ilə gəlib.

O, jurnalistlərlə bir neçə kəlmə danışıb, seçki komissiyasının üzvlərinə gül dəstəsi təqdim edib.