İraq sərhədi keçmək üçün icazə istəyən Suriya ordusunun mindən çox əsgərinin müraciətini müsbət cavablandırıb.

Metbuat.az report-a istinadla xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

Bildirilib ki, döyüşçülər Əl-Qaim sərhəd keçid məntəqəsindən daxil olublar. Onlara lazımi köməklik göstərilib.

Qeyd edək ki, dekabrın 4-dən etibarən Suriyada vəziyyət gərgindir. Bəzi məlumatlara görə, etirazçılar artıq paytaxt Dəməşqə yaxınlaşırlar.