Türkiyəli məşhur müğənni Sibel Can Bakıda konsert proqramı ilə çıxış edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə iticket.az saytı məlumat yayıb.

Məlumata görə, konsert 8 dekabrda Bakı Konqres Mərkəzində keçiriləcək.

Biletlərin qiyməti 55 manatdan başlayaraq 395 manata qədərdir.