Sudanda vəba epidemiyasından ölənlərin sayı 348-ə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib.

Sudanda iyun ayından bəri yağan güclü yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.