Avropa Komissiyası enerji obyektlərinin bərpası üçün Ukraynaya 160 milyon avro ayıracaq.

Metbuat.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bunun 100 milyon avrosu Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən təmin olunacaq.

AK rəhbərinin sözlərinə görə, Avropa İttifaqı Ukraynanın enerji sektorunu dəstəkləmək üçün artıq 2 milyard avrodan çox vəsait ayırıb.