Ötən il 41 538 gənc münasib işlərlə təmin edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, son bir ildə 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.
41 538 gənc münasib işlərlə təmin edilib, 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub, əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.
Eyni zamanda son bir ildə “Səyyar kofe evləri” layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımi avadanlıqlar verilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb.
Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları barədə məlumatlılığının artırılmasında önəmli rol oynayıb. Son illərdə gənclərlə bağlı icra olunan məşğulluq layihələrinin davamı olaraq hazırda “İrəliləyİŞ” layihəsi də icra olunur. Bu layihə gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.
Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır
Azərbaycanda işlə təmin olunan gənclərin sayı açıqlandı
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Məşhur reperin 55 milyon dollarlıq evi satıldı
Bu gün
·
02:12
Cibləri heç vaxt boş qalmayan 5 bürc
Bu gün
·
01:25
Argentina finala yüksəldi - Yenilənib
Bu gün
·
01:13
Bu ölkəyə viza tələb olunmaya bilər
Bu gün
·
01:01
Süni intellekt təhsili dəyişir? - Ekspertdən mühüm mesaj
Dünən
·
23:50
İngiltərə – Argentina matçında ilk hissədə hesab açılmadı
Dünən
·
23:45
Məktəblərdə böyük dəyişiklik: Kağız jurnallar tarixə qovuşur, növbə regionlardadır
Dünən
·
23:20
"Rəqibi artıq tam tanıyırıq" - Qurban Qurbanov
Dünən
·
23:01
"Bütün bunlar korrupsiyaya qarşı mübarizə siyasətinin tərkib hissəsidir" - Ülvi Mehdiyev
Dünən
·
22:58
Mbappe məğlubiyyətdən danışdı
Dünən
·
22:47
Messi bütün oyunlarda bunu edir
Dünən
·
22:15
Trampın portreti olan 1 dollarlıq sikkə hazırlanacaq
Dünən
·
21:43
Kəmalə İsayeva vəfat etdi
Dünən
·
21:12
İslamabad sazişləri pozulub - İran
Dünən
·
21:12
Zidan bu komandanı çalışdıracaq
Dünən
·
20:48