Rusiyada “Whatsapp” bloklana bilər.

Metbuat.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor) bildirib ki, yeni funksiya olan “Whatsapp”da kanal açma özəlliyi ilə kanllarda qeyri-qanuni məlumatlar yerləşdirilsə, “WhatsApp”a giriş bloklana bilər.

Açıqlamada Rusiya qanunlarının bütün şirkətlərə şamil olduğu bildirilib:

“Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi ilə nəticələnəcək. Əks təqdirdə proqram bloklanacaq”.