ABŞ-li iş adamı İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq şirkətin yaradılmasını elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, tvitter hesabında bildirib:

"Reallığı anlamaq üçün X.Ai-nin yaradılmasını elan edirik".

Şirkətin "x.ai" adlı internet saytı da fəaliyyətə başlayıb.

Qeyd edək ki, şirkətdə Google, Microsoft və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçilərini çalışacağı bildirilir.