Tviterə rəqib olan yeni sosial media platforması "Threads"in bu günədək abunəçi sayı 70 milyona çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Meta"nın sahibi Mark Zukerberq bildirib. O qeyd edib ki, yeni platforma gözləntilərinə uyğun nəticələr göstərib.

"Threads istifadəçilərinin çoxalması İnstaqram hesabları vasitəsilə platformaya daxil olanların sayəsindədir",- deyə Zukerberq vurğulayıb.

Məlumat üçün bildirək ki, "Threads"in sürətlə yayılmasına imkan verən xüsusiyyətlərin başında İnstaqram inteqrasiyası durur. İnstaqram istifadəçi məlumatı ilə "Threads"də bir neçə saniyə ərzində hesab açmaq mümkündür.