Sosial media nəhəngi "Instagram" əlavə etdiyi yeni funksiyasını açıqlayıb.

Metbuat.az xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər hekayələrini görənlər arasında axtarış apara biləcəklər.

Hekayəyə baxan izləyizilər arasında bir-bir axtarış aparmaqdansa, ekranın yuxarı hissəsindəki axtarış yerinə lazım olan adı yazaraq axtarış aparmaq mümkün olacaq.