17-18 iyun tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatları yenidən təşkilata üzv qəbul olunub.
Metbuat.az xəbər verir ki, 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ BMTÜTT-də yenidən təmsil olunmaq hüququ əldə edib.
ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıya gəlib.
Nümayəndə heyətinin tərkibində Dövlət Departmanentinin İqtisadi işlər üzrə dövlət katibinin müavini, Kommersiya Departameninin səyahət və turizm üzrə katibinin müavini, Beynəlxalq Təşkilatlarla iş üzrə Büronun sədr müavini kimi dövlət müşavirləri təmsil olunurlar.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və Azərbaycanda turizmin dayanıqlı inkişafı və Azərbaycanın milli-mədəni irsinin qorunması üçün son illərdə görülən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.
"İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq" başlığı atlında keçirilən sessiyada Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi faktı Agentlik sədri tərəfindən sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub, 2013-cü ildən isə təşkilatın İcraiyyə Şurasında təmsil olunur.
ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı
Həmçinin oxu
Azərbaycan Ekoturizm Assosiasiyasında yeni təyinat
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib
Bu gün
·
11:30
İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi
Bu gün
·
11:28
DİN vətəndaşlara çağırış etdi
Bu gün
·
11:06
Milli Məclisin növbəti iclası başladı
Bu gün
·
11:03
IV kurs tələbəsi vəfat etdi
Bu gün
·
10:55
İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
Bu gün
·
10:33
Ermənistana buğda göndəriləcək
Bu gün
·
10:24
Pensiyalar bu tarixdə ödəniləcək
Bu gün
·
10:05
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - Prezident
Bu gün
·
09:59
Yayda niyə xaş yeyilmir?
Bu gün
·
09:56
Messi daha bir rekorda imza atdı
Bu gün
·
09:50
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
Bu gün
·
09:43
Prezident IV Şuşa Qlobal Media Forumunda iştirak edir - YENİLƏNİB
Bu gün
·
09:34
Bu valyutalar ucuzlaşdı
Bu gün
·
09:26
Argentina yarımfinala yüksəldi
Bu gün
·
09:18