Azərbaycan Turizm Bürosu tərəfindən Hindistandan olan turizm şirkətləri ilə yerli turoperatorların nümayəndələri arasında tanışlıq görüşü təşkil olunub.
Metbuat.az bildirir ki, B2B xarakterli və 50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.
Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilən tədbirin əsas məqsədi Bakıda və regionlarda Azərbaycanın turizm potensialının təqdimatı və ölkəmizə gələn əcnəbilərin sayını artırmaqdır.
Mumbay şəhərindən olan şirkətlərin Azərbaycan və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı və Qəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub.
Bakıda xidmət göstərən hotellər və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqla başa vurulması planlaşdırılan səfər iyunun 6-dək davam edəcək.
Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
Hindistan turoperatorlarına Azərbaycanın turizm imkanları tanıdılır
Həmçinin oxu
Azərbaycan Ekoturizm Assosiasiyasında yeni təyinat
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib
Bu gün
·
11:30
İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi
Bu gün
·
11:28
DİN vətəndaşlara çağırış etdi
Bu gün
·
11:06
Milli Məclisin növbəti iclası başladı
Bu gün
·
11:03
IV kurs tələbəsi vəfat etdi
Bu gün
·
10:55
İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
Bu gün
·
10:33
Ermənistana buğda göndəriləcək
Bu gün
·
10:24
Pensiyalar bu tarixdə ödəniləcək
Bu gün
·
10:05
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - Prezident
Bu gün
·
09:59
Yayda niyə xaş yeyilmir?
Bu gün
·
09:56
Messi daha bir rekorda imza atdı
Bu gün
·
09:50
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
Bu gün
·
09:43
Prezident IV Şuşa Qlobal Media Forumunda iştirak edir - YENİLƏNİB
Bu gün
·
09:34
Bu valyutalar ucuzlaşdı
Bu gün
·
09:26
Argentina yarımfinala yüksəldi
Bu gün
·
09:18