7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. 1988-1996-cı illərdə "Pöhrə" respublika mahnı müsabiqəsində iştirak etmiş, 1996-cı ilin may ayında müsabiqənin fəxri diplomunu qazanmışdır.

1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirmişdir. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsində təhsil almışdır.

"Planet Parni iz Baku"nun 2000-ci ildə keçirilən konsertində çıxış etmişdir.

Həyat yoldaşı kiprli Haluk Camalla 2005-ci ildən İngiltərədə – Londonda yaşayır. İki qız övladı var: Jasmin və Səidə.

İctimai Televiziyanın keçirdiyi müsabiqənin qalibi olaraq Azərbaycanın 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi adını qazanmışdır.

R&B, Soul və Pop janrlarında musiqilər ifa edir.