Almaz Ələsgərova 1985-90-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı teatrında və Azərbaycan Dövlət Musiqili Komediya teatrında çalışmışdır və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktrisalığ ilə məşğuldurş

2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır.

  • 1985-ci ildə A.Ələsgərova «Bakı payızı-85» estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə «Bakı payızı-88» estrada artistləri müsabiqəsinin laureatı olmuşdur.
  • 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən «Oştun azem tündörü» festivalının qalibi olmuşdur.
  • 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Yaxşıların yaxşısı-2000» müstəqil musiqi mükafatı olan «İlin ən yaxşı qadın müğənnisi» adına layiq görülmüşdür.2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını almışdır.