Fəaliyyət illəri
1993-günümüz
Mahnıları
Ağla yağışım ağla, aglatdin meni, Almağa Gəlin, Ana qəlbim, Anam hardasan, Arzular, Ata, Axşamlar, Axtaracaqsan, Axtarma məni, Ay ana danış, Ay bəri bax, Ay gecələr, Ay sevgilim, Azərbaycan, Bakı, Bəhanəsiz get, Beni kalbimden vurdun, Bəyənmir məni, Bilən olsa, Bilib sevirsən, Bilmirəm necəsən, Bir gün, Biz dəli divanəyik, Bu gecə, Bu gozlerim gizli gizli agladi, Can bədəndən çıxmayınca, Cana cana, Ceyran sevgilim, Danışma, Danışmayacağam, Danışmayacam, Dəli divanəyik, Deməsəm ölərəm, Derd Verdin, Dərdimi götürüm gedim dağlara, Dərdimi kimə söyləyim, Desem Oldurerler Demesem Ollem, Dəşti təsnifi, Dilbərim, Dönən deyiləm, Dönməsən ölərəm, Dünya quraq, El qiziyam
Albomları
"Sən ol mənim həmdəmim"-1994
Mükafatları
Azərbaycanın əməkdar artisti (2006)
Filmoqrafiya
Əlvida (film, 2007)
Şəxsi Həyatı
M. İsgəndərli 1980-ci illərin sonunda 18 yaşında ikən Oruc Həmidov adlı bəylə ailə həyatı qurub. Lakin onların evliliyi uzun sürməyib. Sənətçi 25 il öncə həyat yoldaşından boşanaraq müğənnilik fəaliyyətinə başlayıb. Onun bu evliliyindən iki övladı - oğlu Kərim və qızı Ülkər dünyaya gəlib.
Mətanət İsgəndərli 17 iyul 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub. 1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib.
Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.
16 sentyabr 2006-cı ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür.