Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişdir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində — İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada ləyaqətlə təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunmuşdur. 9 may2012-ci ildə, 30 aprel2014-cü ildə, 6 may2015-ci ildə və 6 may2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan Milli Konservatoriyasının professorudur.
Mənsum İbrahimov
Xanəndə
| Ad, Soyad | Mənsum İbrahimov |
| Doğum tarixi | 1960-10-01 |
| Doğulduğu yer | Ağdam |
| Vəzifə | Xanəndə |
| Yenilənmə tarixi | 1482868800 |
Fəaliyyət illəri
1993-günümüz
Mahnıları
Aç xurcunu gülşəndə fərəq, Ağ şanı qara şanı, Aman Teklik Elinde, Axtararsiniz, Ay pəri, Ay qaşı-gözü qara qız, Ay qız, Ay qız kimin qızısan, Bana bana gəl, Bir ney kimi, Ceyran bala, Ceyranım, Daglarda Duman Gozeldir, Dinə bilmədim, Eşqimin novraqı, Ey nazlı canan, Gəl gəl, Gözünə qurban, Güləbatın, Haralısan, Haydi gozel yar. Shahnaz tesnifi, Həsrətindəyəm, Heyranam, Humayun təsnifi, İstəyirəm görəm səni, Məhbubə, Olmasaydı, Segah (yalvara-yalvara), Seni men yaman Sevirem, Şuşalısan, Süsən sünbül, Üç telli durna, Ümid nəğməsi
Filmoqrafiya
Güllələnmiş heykəllər (film, 2002),
Biz qayıdacağıq (film, 2007),
Biz qayıdacağıq (veriliş, 2007),
Muğam (veriliş, 2007)
Biz qayıdacağıq (film, 2007),
Biz qayıdacağıq (veriliş, 2007),
Muğam (veriliş, 2007)
Mükafatları
Azərbaycanın əməkdar artist (1998), Azərbaycanın xalq artisti (2005), Prezident mükafatçısı
Şəxsi Həyatı
1986-cı ildə ailə həyatı qurub. Üç qızı, bir oğlu var. Qızlarından ikisi ailəlidir.
Top xəbərlər
Layihələr
Son xəbərlər
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
Bu gün
·
13:26
İyulun 14-nün havası açıqlandı
Bu gün
·
13:00
Bu bürcləri xoş xəbərlər gözləyir
Bu gün
·
12:41
FIFA-dan mübahisəli epizod barədə açıqlama
Bu gün
·
12:18
Prezident IV Şuşa Qlobal Media Forumunda iştirak etdi
Bu gün
·
12:16
Bakıda körpə 3-cü mərtəbədən yıxıldı
Bu gün
·
11:52
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib
Bu gün
·
11:30
İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi
Bu gün
·
11:28
DİN vətəndaşlara çağırış etdi
Bu gün
·
11:06
Milli Məclisin növbəti iclası başladı
Bu gün
·
11:03
IV kurs tələbəsi vəfat etdi
Bu gün
·
10:55
İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
Bu gün
·
10:33
Ermənistana buğda göndəriləcək
Bu gün
·
10:24
Pensiyalar bu tarixdə ödəniləcək
Bu gün
·
10:05
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - Prezident
Bu gün
·
09:59