Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. Bəzi mənbələrdə 1946-cı il göstərilib, bu əsla düzgün deyil (red.Mübariz Tağıyev). İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.

Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.